Xəbərlər

ASAN Pay-dən hüquqi şəxslər üçün yenilik

16/01/2017

Hüquqi şəxslər mülkiyyətlərində olan nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələr barədə şəxsi kabinetləri vasitəsi ilə məlumat ala biləcəklər.

ASANPAY sistemindən daha bir üstünlük

15/11/2016

ASANPAY istifadəçilərinə əlavə bir üstünlük tətbiq etdi.

Bilindiyi kimi cərimə ödənişləri Qərar çıxdığı tarixdən başlayaraq 30 təqvim günü ərzində ödənilməzsə hər gecikən gün üçün əlavə olaraq 1% məbləğində dəbbə hesablanmağa başlayır.

“ASAN ÖDƏNİŞ” sistemində daha bir yenilik

11/11/2016

“ASAN ödəniş” sisteminin imkanları durmadan genişlənir.

Belə ki, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələr barədə məlumat əldə etmək istəyən istifadəçilər müvafiq informasiyanı “ASAN pay” portalında şəxsi kabinetdə “Xüsusi imkanlar” bölməsinə daxil olmaqla əldə edə bilər.

ASAN terminal şəbəkəsinin əhatəsi daha da genişlənir

07/11/2016

ASAN Ödəniş terminallarının əhatə dairəsi genişlənərək yeni əraziləri özündə cəmləşdirir. Terminallarımız əsasən Bakı şəhərini və ASAN Xidmət Mərkəzlərinin olduğu digər əraziləri əhatə edir.

Profilaktik işlərin aparılması ilə əlaqədar olaraq ASAN Xidmət Mərkəzlərinə quraşdırılmış terminallar müvəqqəti işləmirlər.

18/07/2016

ASANPAY.AZ saytı yeni tərtibatda

25/06/2016

2016-cı ilin iyun ayından etibarən, ASAN ödəniş sisteminin saytı istifadəçilərinə yeni tərtibatda təqdim edilir.

Yenilənmiş saytda minimum və ən əsas məlumatlar daxil edilib. Məqsəd saytın istifadəyə rahat olmasıdır.

İstifadəçilər qısa zaman kəsiyində saytda barələrində tərtib edilmiş ödəniş tələbləri (cərimə, borc, rüsum və s.) ilə tanış ola biləcəklər.

Saytdan borcun ödənilməsi isə istənilən yerli bankın kartları ilə mümkündür. Saytın imkanları da həmçinin genişləndirilmişdir.

Daha geniş terminal şəbəkəsi

25/06/2016

Diqqətinizə çatdırmaq istərdik ki, ASAN ödəniş sisteminin terminallarının sayı günü gündən artmaqdadır. Artıq Bakı şəhərində bir neçə DYP idarələrində, DYP Postlarında, DYP cərimə meydançalarında, SOCAR yanacaq doldurma məntəqələrində də rahatlıqla ödənişlərinizi həyata keçirə bilərsiniz.

Kömək | Xəbərlər | Terminallar | Əlaqə

2016 © ASAN ödəniş sisteminin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.

Son yenilənmə tarixi 14.12.2016